Sumqayıtda 24 yaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Sumqayıtda 24 yaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 13 oktyabr 2016 10:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan 24 yaşlı Səbinə Salayeva yanvarın 22-də evində qətlə yetirilib.

Sonradan onun Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev tərəfindən münaqişə zəminində öldürüldüyü məlum olub.

Ona bıçaqla çoxsaylı xəsarətlər yetirən C. Ağayeva hadisə yerini tərk etsə də, polis əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR