Göyçayda Uşaq Xəstəxanasının şöbə müdiri özünü asıb

Göyçayda Uşaq Xəstəxanasının şöbə müdiri özünü asıb
# 03 dekabr 2016 06:44 (UTC +04:00)

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün səhər saat 5:00 radələrində Göyçay şəhərində qeydə alınıb.

Şəhərin Sabir küçəsindəki 42 saylı mənzildə yaşayan 1950-ci il təvəllüdlü Fazilov Rafael Mirsadiq oğlu özünü asıb.

Uzun illərdir ki, Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 42 ildir, həkim işləyən Rafael Fazilovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR