İndoneziya səfiri BANM-də olub

İndoneziya səfiri BANM-də olub
# 14 noyabr 2016 08:01 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından danışan Elmar Qasımov BANM-in yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında səfirə məlumat verib. Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan bəhs edən rektor tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və beynəlxalq əlaqələrdən danışıb. Elmar Qasımov BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələri barədə də məlumat verib.

Hüsnan Bəy Fanani BANM ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivinin iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağını bildirib. Səfir BANM-in əməkdaşlarını və tələbələrini noyabrın 19-20-də Bakıda təşkil ediləcək İndoneziya Mədəniyyət Festivalına dəvət edib.

Görüşdə gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR