ABŞ-da polis əməkdaşı qaradərili gənci güllələyib

ABŞ-da polis əməkdaşı qaradərili gənci güllələyib
# 08 avqust 2015 23:55 (UTC +04:00)

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, 19 yaşlı Kristian Teylor avtomobillə qapıları qıraraq avtosalona daxil olduqdan sonra polisə qarət barədə məlumat daxil olub. Teylor hadisə yerinə gələn polis əməkdaşına müqavimət göstərdikdə 49 yaşlı asayiş keşikçisi Bred Miller xidməti silahından onu güllələyib.

Məlumata görə, insident sosial şəbəkələrdə rezonansa səbəb olub. Əsasən də, hadisəniт müşahidə kameraları tərəfindən qeydə alınmaması barədə xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR