Şamaxı və Oğuzda taxıl sahələri yanıb

Şamaxı və Oğuzda taxıl sahələri yanıb
# 29 iyun 2015 19:38 (UTC +04:00)

Bakı-APA. Şamaxı və Oğuzda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonu, Şamaxı Boyat kəndində (rayon mərkəzindən 12 km aralı) bələdiyyəyə məxsus ərazidə 15 ha biçilməmiş və 35 ha biçilmiş taxıl sahələri yanıb. Ərazidə olan digər biçilmiş və biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Oğuz rayonu, Yaqublu kəndində hal-hazırda fəaliyyət göstərməyən zavodun ərazisində 4 ha sahədə və bələdiyyəyə məxsus 1,5 ha sahədə biçilmiş taxıl sahələri yanıb. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR