Bank Of Baku

Məktəbəhazırlıq qruplarına qəbul zamanı Bakıda daimi qeydiyyatı olmayanların qeydiyyatdan keçmə qaydası açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 07 avqust 2021 15:53 (UTC +04:00)

Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxta daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşların uşaqlarını elektron sistemdən qeydiyyatdan keçirmə qaydası açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatdan olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur.

Qeyd olunub ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR