Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox artıb

Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox artıb
# 14 noyabr 2017 07:56 (UTC +04:00)

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,17 dəfə artaraq 9 mlrd. 574 mln. 911 min 337,48 manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2016-cı ilin oktyabr ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 8,35 dəfə artaraq 3 mlrd. 800 mln. 584 min 201,95 manat təşkil edib.

Pay və borc alətləri bazarında da ciddi artım qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 5,68 dəfə artaraq 667,918 mln. manata, borc alətləri bazarı 3,05 dəfə artaraq 693 mln. 824 min 243,87 manata yüksəlib.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olub. Ötən illə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 22,16% artaraq 4 mlrd. 401 mln. 7 min 320,63 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR