Gürcüstanda güclü külək fəsadlar törədib

Gürcüstanda güclü külək fəsadlar törədib
# 10 yanvar 2018 08:00 (UTC +04:00)

Gürcüstanda ötən gecədən əsən güclü külək paytaxt Tbilisi ilə yanaşı, digər şəhər və rayonlarda da fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, güclü külək Tbilisidə bir neçə ağacı maşın və elektrik xətlərinin üzərinə aşırıb. Şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rustavi şəhəri, Telavi və Qurcaani rayonlarında güclü külək bir neçə evin dam örtüklərini uçurub.


Güclü külək Tbilisi beynəlxalq hava limanının fəaliyyətinə də təsir göstərib. Hava limanında bir reys ləğv olunub, digər reys isə təxirə salınıb.

Qeyd edək ki, Gürcüstanda hava şəraiti yanvarın 9-da axşam saatlarından başlayaraq pisləşib. Bu gün günortadan sonra küləyin sürətinin tədricən azalacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR