Silahlılar Dəməşqi atəşə tutub, 27 dinc sakin ölüb

Silahlılar Dəməşqi atəşə tutub, 27 dinc sakin ölüb
# 28 mart 2018 00:12 (UTC +04:00)

Silahlılar Dəməşqi minaatanlardan atəşə tutub, nəticədə 27 dinc sakin ölüb, 58 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyada münaqişə tərəflərin barışdırılması mərkəzinin rəhbəri general-mayor Yuri Yevtuşenko bildirib.

Onun sözlərinə görə, silahlılar Mühayyəm əl-Yarmuk rayonundan paytaxtın ətrafına 13 ədəd mina atıblar, dağıntıların olduğu bildirilir.

Atəşkəsi rejimi həmçinin Hələb, Latakiya və Dəraa əyalətində pozulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR