"AXA Mbask" ötən ili mənfəətlə başa vurub

"AXA Mbask" ötən ili mənfəətlə başa vurub
# 31 mart 2017 07:29 (UTC +04:00)

“AXA Mbask” ASC ötən il aktivlərini artırıb. "APA-Economics" şirkətin yaydığı hesabata istinadən xəbər verir ki, məcmu aktivlər 2015-ci illə müqayisədə 8,4% artaraq 38 mln. 291,387 min manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 8 mln. 897,936 min manat, qısamüddətli aktivləri 29 mln. 393,452 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 14,2% artaraq 18 mln. 311,761 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 17 mln. 563,372 min manat, qısamüddətli öhdəlikləri isə 748,389 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 19 mln. 733 min 738 manat, cəmi kapitalı isə 3,56% artaraq 19 mln. 979 min 626,53 manat təşkil edib.

2016-cı ildə "AXA Mbask"ın cəmi gəlirləri 25 mln. 760 min 800,46 manat, cəmi xərcləri 25 mln. 256 min 168,66 manat olub.

Şirkət ötən ili 403 min 705,44 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR