MBNP üç bank filialının icazəsini ləğv edib

MBNP üç bank filialının icazəsini ləğv edib
# 06 aprel 2017 08:41 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən "Bank VTB" (Azərbaycan)" ASC-nin "Azadlıq" və "Sumqayıt" filialları və "NİKOYL İKB" ASC-nin "Masallı" filialına verilmiş icazələr ləğv edilib.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.


Direktorlar Şurası "Banklar haqqında" qanunun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Bank VTB (Azərbaycan)" ASC-nin "Azadlıq" filialının 01.08.2014-cü il tarixli №162/9 saylı və "Sumqayıt" filialının 05.11.2014-cü il tarixli №162/13 saylı icazələrini, həmçinin "NİKOYL İKB" ASC-nin "Masallı" filialının 25.06.2014-cü il tarixli 203/19 saylı icazəsini ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR