Caspian Ambassadors Club ənənəvi illik dəyirmi masa təşkil edəcək

Caspian Ambassadors Club ənənəvi illik dəyirmi masa təşkil edəcək
# 26 yanvar 2017 09:36 (UTC +04:00)

Caspian European Club (Caspian Business Club) və Caspian American Club çərçivəsində 2017-ci il fevralın 8-də Bakıda Caspian Ambassadors Club-un ənənəvi illik dəyirmi masası keçiriləcək.

“Caspian Ambassadors Club çərçivəsində Azərbaycanda diplomatik nümayəndəlikləri fəaliyyət göstərən dövlətlərin sahibkarlarının üzləşdikləri problemlər, Azərbaycanın müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran suallar, həmçinin onların iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təklifləri öyrəniləcək. Təşkil olunmuş dəyirmi masada iştirak edən səfir və diplomatik nümayəndələr eyni zamanda təmsil etdikləri ölkələrin bazarlarındakı fəaliyyətlə bağlı Azərbaycan sahibkarlarının sualları, problem və təklifləri ilə tanış ola biləcəklər”, - deyə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

“Görüşdə xarici dövlətlərin səfirlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri üzrə həyata keçirilən yol xəritələrinə münasibəti müzakirə olunacaq. Ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərinin inkişafı üzrə qəbul olunmuş 12 yol xəritəsi və Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəzərə alınmaqla əcnəbi investorlarla dialoqun fəallaşdırılması qeyri-neft sektorunun gələcək sabit və rəqabətədavamlı inkişafı üçün xarici investorların cəlb edilməsi prosesinin sürətlənməsinə xidmət edəcək”, - deyə Telman Əliyev vurğulayıb.


“Müzakirələrin yekunu Caspian European Club (Saspian Business Club) və Caspian American Club-un sədri, Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunacaq”, - deyə Telman Əliyev çıxışına yekun vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR