Ukrayna BVF-dən 1,7 mlrd dollar həcmində ikinci kredit tranşı alıb

Ukrayna BVF-dən 1,7 mlrd dollar həcmində ikinci kredit tranşı alıb
# 05 avqust 2015 00:26 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat yayıb.

Iyulun 31-də BVF-in İcraiyyə Şurası 1,7 mlrd dolların ayrılmasını dəstəkləyib.

“Bu gün BVF-dən əldə etdiyimiz bu vəsait beynəlxalq ehtiyatlarımızı artırmağa imkan verəcək. Ümumilikdə, deyə bilərəm ki, Ukraynanın beynəlxalq ehtiyatları artmaqdadır və planlarımıza əsasən, 2015-ci ilin sonuna artıq 18 mlrd dollara çatacaq”, deyə Ukrayna Milli Bankının rəhbəri Valeri Qontarev bildirib.

Qeyd edək ki, Ukraynaya yardım ilə əlaqədar 4-illik proqram martın 11-də təsdiqlənib. Proqram BVF-in 17,5 mlrd dollar həcmində, beynəlxalq kreditorların isə 4 il ərzində 40 mlrd dollar həcmində vəsaitin ayrılmasını nəzərdə tutur.

Ukrayna martın ortalarında artıq BVF-dən artıq 5 mlrd dollar məblığində ilk tranşını alıb.

Ümumilikdə, 2015-ci ildə Kiyev 10 mlrd dollar əldə etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR