Bakı və Abşeron yarımadasında yağmursuz hava gözlənilir - VİDEO

Bakı və Abşeron yarımadasında yağmursuz hava gözlənilir - <span style="color: red;">VİDEO
# 21 iyul 2015 10:26 (UTC +04:00)

Bakı - APA. Bakı və Abşeron yarımadasında iyulun 22-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 22-23-də Abşeron yarımadasında havanın temperaturunun iqlim normasına yaxın tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR