Bank Of Baku

Saray qəsəbəsində narkotik satanlar saxlanılıb

Saray qəsəbəsində narkotik satanlar saxlanılıb

© APA | Saray qəsəbəsində narkotik satanlar saxlanılıb

# 07 avqust 2021 16:18 (UTC +04:00)

Saray qəsəbəsində əməliyyat keçirilib, narkotik satanlar saxlanılıb

APA-nın yerli bürosunun məlumatına görə, Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında qəsəbə ərazisində əməliyyat axtarış tədbirləri həyata keçiriblər. 
Əməliyyat zamanı Saray qəsəbə sakinləri Əliyev Ramil İrzabala oğlu və Yusifov Tural Fərrux oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq  Saray polis bölməsinə gətiriliblər. Şübhəli şəxslər Ramil Əliyevin və Tural Yusifovun üzərlərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı ümumi çəkisi 150,0764 qram narkotik vasitə olan heroin və 4,074 qaram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Hər iki şəxs barəsində Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR