Səfir: "Dodonun Rusiyada səsləndirdiyi bəyanatlar Moldovanın GUAM-dan çıxaçağı kimi başa düşülməməlidir"

Səfir: "Dodonun Rusiyada səsləndirdiyi bəyanatlar Moldovanın GUAM-dan çıxaçağı kimi başa düşülməməlidir"
# 24 yanvar 2017 13:52 (UTC +04:00)

"Moldova prezidentinin Rusiyada səsləndirdiyi bəyanatlar təhlil olunur. Bu bəyanatlar Moldovanın GUAM-dan çıxacağı kimi başa düşülməməlidir. Əksinə, təşkilat çərçivəsində əməkdaşlıq güclənib".

APA-nın məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka deyib.

”Özüm təşkilatın xətti ilə Bakıda keçirilən tədbirlərdə fəal iştirak edirəm. Təşkilat çərçivəsində irəliyə doğru müsbət addımların atıldığı müşahidə olunur. Fikrimcə, GUAM çərçivəsində əməkdaşlıq inkişaf edəcək", - deyə səfir qeyd edib.

Qeyd edək ki, ötən ilin sonunda Moldovada keçirilən prezident seçkilərində İqor Dodon qələbə qazanıb. Rusiyaya ilk rəsmi səfərini edən İ. Dodon bir sıra rusiyayönümlü bəyanatları ilə yadda qalıb. O, bəzi moldovalı siyasətçilərin bəyanatlarına baxmayaraq, əksər vətəndaşların Rusiya ilə dostluq etmək istədiyini, rəsmi Kişinyovun isə Rusiya ilə strateji əməkdaşlıq aparmaq niyyətində olduğunu deyib.

“Mən əminəm ki, bu gündən etibarən ikitərəfli münasibətlərdə yeni səhifə açacağıq. Moldova vətəndaşları dövlətçiliyin qorunub saxlanılması, bitərəflik, Dnestryanı münaqişəsinin həllində ölkənin reinteqrasiya olunması, bizim pravoslav dəyərlərimizin qorunmasına səs veriblər. Bütün bu istiqamətləri, prinsipial məqamları Rusiya ilə strateji tərəfdaşlıq olmadan həyata keçirmək mümkün deyil”, - deyə prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR