TürkPA-nın baş katibi Rusiya səfirinin qətli ilə bağlı bəyanat yayıb

TürkPA-nın baş katibi Rusiya səfirinin qətli ilə bağlı bəyanat yayıb
# 20 dekabr 2016 08:04 (UTC +04:00)

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınayıb.

Bu barədə APA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.

TürkPA-ya üzv dövlətlərin həmişə terrorizmin hər hansı növünə və təzahürlərinə qarşı çıxış etdiyini vurğulayan baş katib səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilinməyəcəyini söyləyib: “Bu hadisə ölkələr arasında mehriban qonşuluq münasibətlərini korlamaq niyyəti güdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR