Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib

Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib
# 13 dekabr 2019 16:23 (UTC +04:00)

Bu ilin mart və iyun-iyul aylarında Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə nail olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu barədə DSX-nin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, bunun nəticəsində müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR