Türkiyə təyyarəsinin İranda qəzaya uğraması nəticəsində 11 nəfərin öldüyü təsdiqlənib

Türkiyə təyyarəsinin İranda qəzaya uğraması nəticəsində 11 nəfərin öldüyü təsdiqlənib
# 11 mart 2018 22:51 (UTC +04:00)

İran FHN nümayəndəsi Möctaba Halidi Türkiyəyə məxsus təyyarənin ölkə ərazisində qəzaya uğraması nəticəsində 11 nəfərin öldüyünü təsdiqləyib.

APA-nın Fars News-a istinadən verdiyi xəbərə görə, İran FHN nümayəndəsi meyitlərin güclü yanğın nəticəsində tanınmaz hala düşdüyündən DNT testinin keçiriləcəyini istisna etməyib.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

Təyyarənin göyərtəsində olan şəxslər arasında "Başaran Holding"in rəhbəri Hüseyn Başaranın qızı Minə və onun 7 rəfiqəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR