Nazir: "Siyasi və makroiqtisadi sabitlik Azərbaycanın davamlı inkişafına zəmin yaradıb"

Nazir: "Siyasi və makroiqtisadi sabitlik Azərbaycanın davamlı inkişafına zəmin yaradıb"
# 30 yanvar 2017 09:30 (UTC +04:00)

"Azərbaycanda siyasi və makroiqtisadi sabitlik ölkənin davamlı inkişafına zəmin yaradıb". "APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı"nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Nazir bildirib ki, 2004-cü ildə regionların inkişafına start verməsəydi, bu nəticələri əldə etmək mümkün olmayacaqdı: "Regionların yeni siması salınır. Azərbaycan prezidentinin tapşırığı ilə 40 yeni kənd yolu dövlət vəsaiti hesabına əsaslı təmir olunacaq və ya yenidən salınacaq. Ölkədə qazlaşma prosesinin 94%-ə çatdırılması və kəndlərin qazlaşdırılması prosesinin davam etdirilməsi barədə tapşırıqlar verib. Su təchizatının yaxşılaşdırılması ilə bağlı göstərişlər verib", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR