Azərbaycanla İran iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edib

Azərbaycanla İran iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edib
# 11 sentyabr 2015 12:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev qonşu İranla Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, avqust ayında Azərbaycan nümayəndə heyətinin İrana səfəri və keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını vurğulayıb.

Səfir İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsini qeyd edib, alternativ enerji, dağ-mədən sənayesi, neft maşınqayırması, bankçılıq sahələrində də əməkdaşlıq imkanlarını vurğulayıb. Səfir iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti - 10-cu iclasının Tehranda keçirilməsini təklif edib.

Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, bu ilin avqust ayında Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində müzakirə edilən məsələlərin icrası, oktyabrda İran nümayəndə heyətinin Azərbaycana və bu ilin sonunda Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR