Ukrayna Təhsil və Elm Nazirliyinin nümayəndə heyəti Azərbaycandadır

Ukrayna Təhsil və Elm Nazirliyinin nümayəndə heyəti Azərbaycandadır
# 28 fevral 2017 10:11 (UTC +04:00)

Ukrayna təhsil və elm nazirin birinci müavini Vladimir Kovtunetsin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Ukrayna səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti təhsil naziri Mikayıl Cabbarovla görüşüb.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Nazir müavini Ceyhun Bayramovla görüş zamanı isə tərəflər 2000-ci ildən sonra iki ölkə arasında imzalanmış “Elmi dərəcə və təhsil haqqında sənədlərin ekvivalentliyi və qarşılıqlı tanınması” haqqında hökumətlərarası sazişin bütün texniki məsələləri üzrə məsləhətləşmələr keçirib. Tərəflər sazişin həyata keçirilməsi məsələlərinə daimi fəaliyyət göstərən ekspert komissiyası çərçivəsində baxılmasına razılaşıb.

Qeyd edək ki, hazırda Ukraynada 10 mindən çox azərbaycanlı tələbə təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR