Unibank kartlarının balansında yaranan dəyişikliklər həllini tapıb - YENİLƏNİB

Unibank kartlarının balansında yaranan dəyişikliklər həllini tapıb - YENİLƏNİB
# 07 yanvar 2020 03:40 (UTC +04:00)

Bir qədər əvvəl bəzi Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub.

APA xəbər verir ki, bununla bağlı Unibank açıqlama yayıb.

"Məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edirik! Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk", - deyə açıqlamada qeyd edilib.

00:50

Unibankın bəzi müştərilərinin kartlarının balansında dəyişiklik baş verib. Bu isə müştərilər arasında ciddi narahatlıq yaradıb.

APA-nın məlumatına görə, Unibank bununla əlaqədar açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub.

“Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar. Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız”, - deyə açıqlamada bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR