Dekabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) Amerika Mərkəzində NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payperlə görüş keçirilib.
APA-nın xəbərinə görə, amerikalı astronavt gənclərlə görüşündə fəaliyyəti barədə məlumat verib. Uşaqlıqdan mühəndis olmağı arzuladığını və bu arzusuna çatdığını deyən H. Payper bildirib ki, astronavt olmaq üçün mütləq texniki sahə üzrə biliklərə, magistr dərəcəsinə malik olmaq lazımdır. İlk uçuşunu xatırlayan qonaq bununla bağlı təəssüratlarını da bölüşüb: "İlk uçuşum 2008-ci ilin noyabr ayında olmuşdu. Uçuş zamanı keçirdiyim hissləri təsvir etmək çətindir. Vibrasiyanı, sürətli getdiyini hiss edirsən. Möhtəşəmdir".
Astronavt sonda görüş iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, səfər ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.
ADU-da amerikalı qadın astronavtla görüş keçirilib
12 dekabr 2017 15:21 (UTC +04:00)
Sosial
Laçının Sus kəndinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB - FOTO - VİDEO
06:39
24 may 2024
Alkoqol və narkotiklə əlaqədar tibbi müayinədən keçməli olan dəmiryol işçiləri müəyyənləşib
18:21
23 may 2024
Şimali Kiprdə şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək
18:06
23 may 2024
UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı keçirilir
17:36
23 may 2024