FAO: Asiya-Sakit okeanı bölgəsində 500 milyon insan acdır

FAO: Asiya-Sakit okeanı bölgəsində 500 milyon insan acdır
# 07 dekabr 2016 09:03 (UTC +04:00)

Asiya-Sakit okeanı bölgəsində yaşayan 500 milyonadək insan acdır. Bu isə region əhalisinin 12 faizi deməkdir.

APA-nın “FAO”nun məruzəsinə istinadən yaydığı məlumatına görə, bu qənaətə BMT-nin qida və kənd təsərrüfatı təşkilatının (FAO) ekspertləri gəlib.

Sənəddə qeyd olunur ki, aclıqla mübarizə templəri azalıb və lazımi tədbirlər görülməsə, 2030-cu ilədək davamlı inkişafın ikinci məqsədi-aclığı problemini həll etmək mümkün olmayacaq.

“Həmin 12 faiz bölgənin ən yoxsul insanlarıdır. Zaman gözləmir, lakin siyasi iradə və kollektiv səylər aclığa qalib gəlməyə imkan verir”, - deyə təşkilatın regional nümayəndəsi Kundavi Kadiresan söyləyib.


Qeyd edək ki, dünyada aclıqdan əziyyət çəkənlərin 60 faizi Asiya-Sakit okean regionunun payına düşür. Bölgədəki hər üç uşaqdan birinin boyu qəbul edilən qida maddələrinin azlığından qısadır. Məruzə müəlliflərinin qənaətinə görə, Asiya-Sakit okeanı regionunda aclıqla mübarizə bölgə əhalisinin artım templərini nəzərə alaraq, böyük sosial və iqtisadi çətinliklərlə müşahidə olunacaq.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR