Azərbaycanda yeni qum və gil yataqları aşkarlanıb

Azərbaycanda yeni qum və gil yataqları aşkarlanıb
# 08 noyabr 2016 13:58 (UTC +04:00)

2015-2016-ci illərdə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni qum və gil yataqları aşkarlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Abşeron-Qobustan və Xəzəryanı Geoloji Axtarış Ekspedisiyasının rəisi əvəzi Fərman Nəsibov APA-ya bildirib ki, aşkar edilən yataqlar Neftçala və Cəlilabad rayonları ərazisində yerləşir.

Onun sözlərinə görə, Neftçala rayonu ərazisində qum və gil yataqları istismara verilməsə də, onun ehtiyatı hesablanıb və Elmi Şurada təsdiqlənib. Rəis əvəzi əlavə edib ki, Cəlilabadda aşkarlanan gil yataqları ilə bağlı isə Elmi Şuranın qərarı yoxdur.

F. Nəsibov qeyd edib ki, Dövlət proqramları üzrə 6 rayonda yeni qum, çınqıl və s. yataqların aşkar edilməsi istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR