FHN Nabranda itən və sonradan tapılan azyaşlı ilə bağlı məlumat yayıb

FHN Nabranda itən və sonradan tapılan azyaşlı ilə bağlı məlumat yayıb
# 23 iyul 2018 19:40 (UTC +04:00)

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İ.Novruzov axtarış aparılan ərazidə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri (ümumilikdə 85 nəfər), habelə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR