Şəhid ailələri və Qarabağ əlillərinin mənzil təminatı yaxşılaşdırılacaq

Şəhid ailələri və Qarabağ əlillərinin mənzil təminatı yaxşılaşdırılacaq
# 16 yanvar 2020 19:52 (UTC +04:00)

Şəhid ailələri və Qarabağ əlillərinin mənzil təminatının yaxşılaşdırılması üçün işlər görüləcək.

APA-nın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılmasını təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR