Elman Rüstəmov: "Yaxın vaxtda bank sektoruna əmanətlərin gəlişini proqnozlaşdırırıq"

Elman Rüstəmov: "Yaxın vaxtda bank sektoruna əmanətlərin gəlişini proqnozlaşdırırıq"
# 16 iyul 2015 06:20 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasının (AzTV) efirində deyib.

"Sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin 9%-dən 12-%-dək artırılması mühüm bir qərar idi. Bununla da, sığortalanan əmanətlərin əhatə dairəsi xeyli genişləndi. İyun ayı ərzində banklardakı əmanətlərin həcmində az da olsa artım müşahidə olunur. Manatın məzənnəsinin korreksiyasından sonra dəyişən situasiya hazırda bir qədər sabitləşib. Əhali də bu sabitləşməni görür. Biz yaxınlarda bank sektoruna əmanətlərin gəlişini proqnozlaşdırırıq", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR