FHN-in regional mərkəzində Bayraq Günü münasibətilə tədbir keçirilib

FHN-in regional mərkəzində Bayraq Günü münasibətilə tədbir keçirilib
# 08 noyabr 2016 15:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzində Bayraq Günü münasibəti ilə tədbir keçirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə nazirliyin əməkdaşları, Qarabağ bölgəsində fəaliyyət göstərən müxtəlif strukturların əməkdaşları iştirak edib.

Çıxış edənlər ötən əsrin sonlarında dünyada və keçmiş sovetlər birliyində cərəyan edən ictimai-siyasi proseslərdən söhbət açıb, respublikada baş verən hadisələrə diqqət çəkiblər. Çıxışlarda ötən əsrin sonlarında Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması, onun fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri vurğulanıb.

Azərbaycan prezidenti İlham Əliyevin Bakıda Dövlət bayrağı meydanının yaradılması haqqında 2007-ci il 17 noyabr tarixli sərəncamı ilə dövlət bayrağının dövlət rəmzləri arasında xüsusi yerinin müəyyən edildiyi qeyd olunub, bu qərar bayrağa olan diqqət və hörmətin ifadəsi kimi dəyərləndirilib.

Qeyd olunub ki, həmin sərəncamdan sonra 9 noyabr tarixi Dövlət bayraq günü kimi dövlət səviyyəsində qeyd olunur.

FHN-in Həmkarlar İttifaqı Komitəsinin sədri Mehman İsmayılov əməkdaşları təbrik edib, onlara hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR