Bakıda iki nəfər ağciyər xəstəliyindən ölüb

Bakıda iki nəfər ağciyər xəstəliyindən ölüb
# 15 yanvar 2020 12:57 (UTC +04:00)

Bakıda xəstəxanada ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb.

Xəstəxanada müalicə alan Qəniyev Rəşad və Qafarov Azad dünən səhər saatlarında dünyalarını dəyişiblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən xəbərə görə, hadisə barədə məlumatlıdırlar. Hazırda bununla bağlı araşdırma gedir.

Qeyd edək ki, noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı da vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR