Mübariz Qurbanlı İndoneziya səfiri ilə görüşüb

Mübariz Qurbanlı İndoneziya səfiri ilə görüşüb
# 03 noyabr 2016 13:40 (UTC +04:00)

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın Bakıdakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Qurbanlı İndoneziya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edərək, dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının zəruri olduğunu vurğulayıb.

Komitə sədri dini radikalizmə qarşı birgə tədbirlərin keçirilməsinin önəmli olduğunu bildirib. O, İndoneziya səfiri Hüsnan Bəy Fananiyə beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə təşəkkürünü bildirib.

Səfir isə Azərbaycanın zəngin multikultural və tolerant dəyərlərə sahib ölkə olduğunu bildirərək, ölkəmizin bu sahədə təcrübəsini öyrənməyə maraq göstərdiklərini qeyd edib. O, gələcəkdə İndoneziya mütəxəssislərinin Azərbaycanın multikulturalizm modelini praktik cəhətdən müşahidə etmələri üçün seminarların, qarşılıqlı səfərlərin təşkilinin vacib olduğunu vurğulayıb. Diplomat bildirib ki, Azərbaycan İndoneziya üçün bir müsəlman ölkəsi kimi önəm daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR