Vüsal Qasımlı: "Azərbaycanda inflyasiya həddi optimaldır"

Vüsal Qasımlı: "Azərbaycanda inflyasiya həddi optimaldır"
# 26 dekabr 2019 11:40 (UTC +04:00)

"Azərbaycanda inflyasiya səviyyəsi optimal həddədir".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, inflyasiya səviyyəsi Azərbaycan Mərkəzi Bankının nəzarətindədir.

"İnflyasiya səviyyəsi Azərbaycan üçün hazırda nə yuxarı, nə də aşağıdır", - deyə V. Qasımlı əlavə edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 2,6% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR