Ağstafada 52 yaşlı kişini avtomobil vurub

Ağstafada 52 yaşlı kişini avtomobil vurub
# 25 may 2018 21:29 (UTC +04:00)

Ağstafada piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Ağstafa şəhərində, rayon Mərkəzi Xəstəxananın yaxınlığında baş verib.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən rayonun Tatlı kənd sakini 1966-cı il təvəllüdlü Namazov Mikayıl Rəsul oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR