Bakıda taksi sürücüsü qarət edilib

Bakıda taksi sürücüsü qarət edilib
# 10 yanvar 2020 13:14 (UTC +04:00)

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən xəbərə görə, DİN-in “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub. Müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, yanvarın 9-da saat 1 radələrində D.Əliyeva küçəsində Bakı şəhər sakini A.Mustafayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə sərnişin qismində minən şəxs Z.Bünyadov prospektinə gedəcəyini bildirib və qeyd edilən prospektdə sürücünü bıçaqla hədələyərək pulunu alıb düşərək hadisə yerini tərk edib.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR