Lənkəranda ötən ay baş verən qəzada xəsarət alan azyaşlı ölüb

Lənkəranda ötən ay baş verən qəzada xəsarət alan azyaşlı ölüb
# 08 sentyabr 2017 09:53 (UTC +04:00)

Lənkəranda ötən ay baş verən qəzada xəsarət alan azyaşlı ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ağır xəsarət almış 2003-cü il təvəllüdlü Facir Mahir oğlu Ağayev bu gecə Lənkəran rayon Mərkəzi Xəstəxanasında keçinib.

Qeyd edək ki, avqustun 16-da Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində Astara sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi “Mercedes” və Lənkəran sakini Kamran Xudiyevin idarə etdiyi “VAZ 2107” markalı avtomaşın toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü və sərnişini, 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində ölüb. “Mercedes”in sürücüsü ilə sərnişinləri - Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova və “VAZ”-ın sərnişinləri Elməddin Əlizadə, Facir Ağayev xəsarət alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR