Meksikada humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb

Meksikada humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb
# 23 sentyabr 2017 02:32 (UTC +04:00)

Meksikada zəlzələ nəticəsində zərər çəkənlərə humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Oaxaka ştatının ərazisində qeydə alınıb.

Hadisə nəticəsində iki pilot xəsarət alıb. Onların vəziyyəti barədə məlumat verilmir.

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Son məlumata görə, təbii fəlakət nəticəsində 293 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR