"Azər Türk Bank"a yeni departament direktoru təyin edilib

"Azər Türk Bank"a yeni departament direktoru təyin edilib
# 07 mart 2018 15:26 (UTC +04:00)

"Azər Türk Bank"a yeni departament direktoru təyin edilib.

Bankın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR