“Genqam”ın futbolçusu qəzada ölüb

“Genqam”ın futbolçusu qəzada ölüb
# 04 yanvar 2020 00:46 (UTC +04:00)

Fransanın “Genqam” klubunun futbolçusu Natael Jülan vəfat edib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu yol-nəqliyyat hadisəsində dünyasını dəyişib.

Gənc forvard sükanı arxasında olduğu avtomobilin idarə etməsini itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxıb. İdarəetmənin itirilməsinin səbəbləri araşdırılır.

Qeyd edək ki, qəzada ölən hücumçu karyerası ərzində digər Fransa klubları “Valansyenn” və “Havr”da da oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR