Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 5 Avqust
# 05 avqust 2015 17:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

ABŞ və Rusiya bəhsə girirmiş kimi İŞİD-ə qarşı mübarizə planlarını bir gün fərqlə açıqladılar. Planların tək oxşar cəhəti var - hər iki tərəf İŞİD-ə qarşı beynəlxalq koalisiya formalaşdırmağı məqbul sayır. Əsaslı fərq isə terrorçulara qarşı əməliyyata “ev sahibliyi” edəcək Suriya hökumətinə münasibətdədir. Rusiya Əsəd rejiminin anti-İŞİD koalisiyasında iştirakını vacib sayır, ABŞ isə Suriya ərazisində belə hökumətin varlığını sanki unudub. Rəsmi Dəməşq də İŞİD-ə qarşı koalisiya formalaşdırmaq planına “hə” deyir, amma Suriyanı bu koalisiyanın vazkeçilməzi sayır. Əsəd hökumətinin yaydığı bəyanatda deyilir ki, Suriyanın iştirakı olmadan yaradılacaq koalisiyanın keçirəcəyi əməliyyat bu ölkənin suverenliyinə təcavüz hesab olunacaq. Parça-parça olmuş, onlarla terror təşkilatının meydan suladığı Suriyanın müstəqilliyi bir az mübahisəli məsələdir, amma Dəməşqin İŞİD-ə qarşı koalisiyada ən azı “ev sahibi” sifətilə iştirak hüququ məntiqlidir. Anti-İŞİD koalisiyasının əsas ağırlığı yenə Türkiyənin çiyinlərinə düşəcək. Ankara hesab edir ki, Türkiyə ilə sərhəd ərazilər İŞİD-dən təmizlənsə və buraya Türkiyəyə yaxın müxalif qüvvələr yerləşdirilsə, problemlərdən birindən yaxa qurtara bilər. Ankaranın uzunmüddətli planı isə suriyalı qaçqın ordusundan yaxa qurtarmaqdır. Əgər plan baş tutsa, Türkiyə hökumətinin ilk addımı suriyalı qaçqınları İŞİD-dən azad edilmiş ərazilərə qaytarmaq olacaq. Mövlud Çavuşoğlunun bəyanatında ən maraqlı məqam məncə, budur...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR