Mərkəzi Bank əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edib

Mərkəzi Bank əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edib
# 08 sentyabr 2015 08:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edilib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, tender proseduru 8 oktyabr 2015-ci ildə Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 150 manatdır. Tenderdə iştirak haqqı AMB-nin hesabına köçürülməlidir.

Tenderdə qalib olan şirkət bu ilin noyabrın 27-dən 1 il müddətinə sığorta xidmətinin göstərilməsinə başlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR