"AccessBank" depozit portfelini 5,6% artırıb

"AccessBank" depozit portfelini 5,6% artırıb
# 16 noyabr 2016 08:42 (UTC +04:00)

2016-cı ilin III rübündə “AccessBank”ın aktivlərinin həcmi 1 mlrd. 054 mln. 088,882 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,64% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,8% azalaraq 615 mln. 972,686 min manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 5,63% artaraq 269,177 mln. manata bərabər olub. Öhdəliklərin həcmi isə 970 mln. 59,223 min manat təşkil edib ki, bu da illik müqayisədə 4,7% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 55,6% azalaraq 74 mln. 283,83 min manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 85 mln. manat təşkil edib.

“AccessBank” cari ilin 9 ayı ərzində 16 mln. 122,73 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR