Hacıqabulda avtomobillə vurulan piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Hacıqabulda avtomobillə vurulan piyadanın şəxsiyyəti məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 24 sentyabr 2017 18:23 (UTC +04:00)

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu 25 yaşlı Qarasu kənd sakini Babayev Röyal Bəşir oğludur.

Faktla bağlı araşdırma davam edir.

***

19:58

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, piyada ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR