Bakıda ABŞ səfirinin iştirakı ilə "Qlobal düşün, lokal fəaliyyət göstər" adlı veloyürüş keçirilib - FOTO

Bakıda ABŞ səfirinin iştirakı ilə "Qlobal düşün, lokal fəaliyyət göstər" adlı veloyürüş keçirilib - <span style="color: red;">FOTO
# 19 iyul 2015 09:34 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. İyulun 19-da "Təbiətin Dostları" Gənclər İctimai Birliyinin Yaşıl Velosipedlər Klubu Amerikanın Azərbaycandakı səfirliyi ilə birgə "Think Globally, Act Locally" (Qlobal düşün, lokal fəaliyyət göstər) adlı veloyürüş keçirib.

APA-nın verdiyi xəbərə görə, yürüşə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da qatılıb.

“Bizim bu gün təşkil etdiyimiz tədbir Azərbaycan və Amerika xalqları arasında olan ümumi xüsusiyyəti göstərir. Həm azərbaycanlılar, həm də amerikalılar təbiəti qorumaq üçün səylərini birləşdirirlər. ABŞ-ın birinci xanımı Mişel Obama idmana böyük önəm verir, o hər zaman qeyd edir ki, insanlar hərəkət etməli, idmanla məşğul olmalıdırlar. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da idmana çox böyük önəm verir, onun birinci Avropa Oyunlarının təşkilində müstəsna xidmətləri bunun sübutudur”, - deyə səfir bildirib.

Ətraf mühitin qorunmasının mühümlüyündən danışan səfir qısa məsafələrə hərəkət zamanı avtomobildən deyil, təbiətə dostcasına yanaşıb, velosipeddən istifadə etməyi tövsiyə edib: “Bizim əcdadlarımız, valideynlərimiz ətraf mühitin qorumasına çalışıblar, biz də ətraf mühitin sağlamlaşdırılmasına çalışmalıyıq. Maşından deyil, velosipeddən istifadə etməklə, həm sağlamlığımıza fayda verə bilər, həm də ətraf mühiti zəhərli qazdan xilas etmiş olarıq. Məsələn, biz 3 km yolu avtomobillə deyil, velosipedlə qət etsək, ətraf mühiti təxminən 1 kq qazdan xilas edərik”.

Bakı Dəniz Vağzalından start götürən veloyürüş iştirakçıları şəhərin mərkəzi küçələrindən keçməklə 13 km məsafəni qət ediblər.

Veloyürüşə 50-ə yaxın şəxs qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR