"İnterpol" xətti ilə tutulan azərbaycanlı qadının məhkəməsi başlayır

"İnterpol" xətti ilə tutulan azərbaycanlı qadının məhkəməsi başlayır
# 03 yanvar 2020 18:30 (UTC +04:00)

On iki azərbaycanlı qadını insan alverinə məruz qoymaqda təqsirləndirilən Natəvan Kazımovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində insan alverində şübhəli bilinən Kazımova Natəvan İbrahim qızı tutularaq istintaq orqanına təhvil verilib. 2018-ci ildə onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (İnsan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;) maddəsi ilə həbs qətimkan tədbiri seçilib və o, "İnterpol" xətti ilə axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR