Soçidə Lavrovun çıxışı zamanı suriyalılar səs-küy salıb

Soçidə Lavrovun çıxışı zamanı suriyalılar səs-küy salıb
# 30 yanvar 2018 13:11 (UTC +04:00)

Soçidə keçirilən Suriya Milli Dialoq Konqresində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı zamanı zalda səs-küy düşüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, S. Lavrov ilk olaraq Konqres iştirakçılarına Rusiya prezidenti Vladimir Putinin müraciətini oxuyub.

Daha sonra isə nazir özünün bir neçə fikir səsləndirmək istədiyini bildirib. Bu zaman iştirakçılardan biri ayağa qalxaraq “Yaşasın Rusiya, yaşasın dostluq!” deyə qışqırıb. Buna cavab olaraq digər suriyalı onunla ərəb dilində sərt polemikaya başlayıb.

S. Lavrov iştirakçıları sakitləşməyə çağırıb, “əgər yaşasın Rusiya deyirsinizsə, onda icazə verin, çıxışımı edim”, - deyə söyləyib.

S. Lavrov çıxışında İran, Türkiyə və BMT nümayəndələrinə Soçidəki tədbirin təşkilində göstərdikləri köməkliyə görə təşəkkür edib.

Qeyd edək ki, Soçidə başlayan Suriya Milli Dialoq Konqresinə 1500-dən çox şəxs qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR