Yəməndə gəmi batıb, 20 nəfər itkin düşüb

Yəməndə gəmi batıb, 20 nəfər itkin düşüb
# 08 dekabr 2016 00:30 (UTC +04:00)

Yəmən sahillərində yük gəmisinin batması nəticəsində azı 20 nəfər itkin düşüb, 42 nəfərin həyatını xilas etmək mümkün olub.

APA-nın “Sky News Arabia”-ya istinadən verdiyi xəbərə görə, gəmi Ədən körfəzində, Sokotra adası yaxınlığında qəzaya uğrayıb.

Əl-Mukalla şəhərindən Sokotra adasına üzən gəminin göyərtəsində qadın və uşaqlar da daxil olmaqla, 60-dan çox insan olub. Məlumata əsasən, adada hava limanı işləmədiyindən insanlar müxtəlif təyinatlı gəmilərdən istifadə etməyə məcbur olurlar.

Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR