Şabranda yük maşını aşıb, ata və oğul ağır xəsarət alıb - VİDEO

Şabranda yük maşını aşıb, ata və oğul ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 24 avqust 2015 17:15 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bu gün axşam saatlarında Şabran rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Şabran-Pirəmsəm yolunda qeydə alınıb. “Qazel” markalı yük maşını idarəetməni itirərək aşıb. Qəza nəticəsində Şabran rayon sakinləri ata və oğul 1963-cü il təvəllüdlü Haşımov Yusifəli Yaqub oğlu və Xəqani Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR