Əməkdar artistə qarşı dələduzluq edən qadın məhkəmədə özünü qismən təqsirli bilib

Əməkdar artistə qarşı dələduzluq edən qadın məhkəmədə özünü qismən təqsirli bilib
# 20 iyul 2018 10:27 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Könül Kərimovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən M. Məmmədova özünü qismən təqsirli bilib.

Sonra zərərçəkmiş şəxs qismində Əfqan Hacıyev ifadə verib. O deyib ki, oğlunu Kooperasiya Universitetinə düzəltdirmək üçün M. Məmmədovaya pul verib: "Bu iş alınmayanda Məlahət xanım pulumu qaytardı. Hazırda heç bir şikayətim yoxdur".

İttihama görə, M.Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməli törədib. O, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkənlər arasında Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi ilə bağlı vəd verib. Bu işə görə K. Kərimovadan ümumilikdə 32 min manat pul alıb.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR