"Nikoyl Bank"ın yerləşdirdiyi 5 mln. dollarlıq istiqrazların parametrləri açıqlanıb

"Nikoyl Bank"ın yerləşdirdiyi 5 mln. dollarlıq istiqrazların parametrləri açıqlanıb
# 18 iyul 2015 07:58 (UTC +04:00)

Bakı - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Nikoyl Bank" ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb.

Bakı Fond Birjasından (BFB) "APA-Economics"ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB -də həyata keçiriləcək.

Qeyd edək ki, emissiyanın həcmi 5 mln. ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı

5 000 ədəd, bir istiqrazın nominal dəyəri 1000 dollar, istiqrazların tədavül müddəti 12 aydır.

İstiqraz üzrə faiz dərəcəsi 9,5%-dir.

Yerləşdirmənin anderrayteri qismində "AzFinance İnvest" MMC çıxış edir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR